"Real"ın 9 canı var" - Çeferin

"Real"ın 9 canı var" - Çeferin
XƏBƏR 18 May 2022 / 17:58 3205
-  A +

UEFA prezidenti  Aleksandr Çeferin "Real"ın Çempionlar Liqasının yarımfinalında "Mançester Siti"ni geridə qoyaraq (ilk oyun 3:4, cavab matçı 3:1) finala adlaması barədə danışıb.

Qol.az xəbər verir ki, o, Madrid təmsilçisinin İngiltərə klubunu üstələyəcəyini gözləmədiyini deyib: 

“Hətta yarımfinalda mən “Real”ın “Mançester Siti”ni udacağına şübhə edirdim. Xüsusən də ilk oyundakı məğlubiyyətdən sonra. Ancaq "Real"ın pişiklər kimi 9 canı var. "Real" təcrübəli komandadır, amma məncə, müdafiədə problemlər var. Bununla belə, onların sehrli Kərim Benzeması var". 

Qeyd edək ki, "Real" mayın 28-i finalda "Liverpul"la üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner