Azərbaycanın Millətlər Liqasındakı rəqibi Qazaxıstan yığmasının futbolçusu Oralxan Omirtayev zədələnib.
Qol.az xəbər verir ki, bu barədə oyunçunun klubu "Akjayık"ın mətbuat xidməti məlumat yayıb. Yerli çempionatın 11-ci turunda "Taraz"la görüşdə (0:2) sıradan çıxan 24 yaşlı hücumçunun zədəsinin ciddi olduğu bildirilib. Onun Millətlər Liqasının iyun ayında keçiriləcək oyunlarını buraxacağı gözlənilir.
Qeyd edək ki, daha əvvəl Qazaxıstan millisinin futbolçularından Azat Nurqaliyev və Nurlan Dairov da zədələnmişdi.
Xatırladaq ki, iyunda Qazaxıstan yığması Millətlər Liqasında dörd oyun keçirəcək. İlk matç isə iyunun 3-də Azərbaycana qarşı olacaq.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi