Ten Haq Ranqnikə mane olmayacaq

Ten Haq Ranqnikə mane olmayacaq
XƏBƏR 17 May 2022 / 14:00 1945
-  A +

“Mançester Yunayted”in yeni baş məşqçisi Erik ten Haq “Kristal Pelas”la oyun üçün hazırlıq zamanı komandanın müvəqqəti çalışdırıcısı Ralf Ranqnikin  işinə mane olmayacaq.

Qol.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. "Ayaks"a başməşqçilik edən və daha əvvəl mövsümün sonunda "Mançester Yunayted"ə qoşulacağı gözlənilən Ten Haq komandanın məşq proseslərində iştirak etmək istəyib. Lakin 52 yaşlı niderlandlı mütəxəssis İngiltərə Premyer Liqasının 38-ci turunda “Kristal Pelas”la m hatçın hazırlıq prosesi çərçivəsində Ranqnikin əsas heyətlə işinə təsir etməyəcək.  Bu görüşdən əvvəl Erik ten Haq mövsümün sonunadək "Ayaks"da qalmağı və "Mançester Yunayted"lə uzaqdan maraqlanmağı planlaşdırırdı. 

Ten Haq yeni komanda qurmağa başlamağı və "Mançester Yunayted"lə yayda Avstraliya və Taylanda yməşq prosesi keçməyi düşünür.

Qeyd edək ki, Ralf Ranqnik isə mövsümün sonunda "qırmızı şeytanlar"la vidalaşacaq. 


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner