Dibala göz yaşlarını saxlaya bilmədi - Şəkillər

Dibala göz yaşlarını saxlaya bilmədi - Şəkillər
XƏBƏR 17 May 2022 / 08:56 5003
-  A +

"Yuventus"un futbolçusu Paulo Dibala  komandada sonuncu oyununu keçirib.

Qol.az xəbər verir ki, forvard A seriyasının 37-ci turunda  "Latsio" ilə matçından (2:2) əvvəl görüşün onun üçün son olduğunu bildirib. Meydana start heyətdə çıxan 28 yaşlı hücumçu azarkeşlərin alqış sədaları altında 78-ci dəqiqədə əvəzlənib. Dibala oyundan sonra göz yaşlarını saxlaya bilməyib.  Komanda yoldaşları isə argentinalı oyunçuya dəstək olub, onu bir neçə dəfə qucaqlayıb havaya atıblar.

Qeyd edək ki, Dibala 2015-ci ildən  Turin təmsilçisinin formasını geyinirdi. 


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner