"Qəbələ"nin futbolçusu Ruan Renato Konfrans Liqasına vəsiqə qazanmalarını şərh edib.
Qol.az xəbər verir ki, braziliyalı oyunçu özünün "İnstaqram" hesabındakı paylaşımında yazıb: "Bu mövsüm yaşadığımız unudulmaz an. Bunun bir parçası olduğum üçün çox şadam. Əvvəldən çoxları bizə inanmadı. Buna görə də ilk oyundan bu ana qədər mübarizə apardıq. Həm qələbələrdə, həm də məğlubiyyətlərdə bir yerdə olduq! Bu, mövsüm ərzində yaranmış bir ailənin qələbəsidir. Bütün çətinliklərə qalib gəldik və məqsədimizə çatdıq!
Mən hər kəsi təbrik etmək istəyirəm, təkcə meydançada olanları deyil, zədələnənləri, ehtiyat oyunçular skamyasında olan, lakin heç vaxt bizə dəstəyini dayandırmayanları, masajçıları, sürücüləri, həkimləri, aşpazları, texniki komitəmizi, idarə heyətimizi. Məğlub olduğumuz zaman da bizi qucaqlayıb, bunun mümkün olduğuna inanan azarkeşlərimiz, hamımız bu nailiyyətə layiqik! Ümid edirəm ki, gələn şənbə günü stadionumuz dolu olacaq və biz mövsümün son oyununda bu nailiyyəti birlikdə qeyd edə biləcəyik!".
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi