"Şamaxı"nın baş məşqçisi:"Biz bunu edə bilmədik"

"Şamaxı"nın baş məşqçisi:"Biz bunu edə bilmədik"
XƏBƏR 15 May 2022 / 21:13 1727
-  A +

"Şamaxı"nın baş məşqçisi Rüstəm Əliyev Azərbaycan Premyer Liqasının 27-ci turunda "Qəbələ"yə uduzduqları oyunu (0:1) şərh edib.

Qol.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında rəqibi qələbə münasibəti ilə təbrik edib:

"Təəssüf ki, yenə də azarkeşləri sevindirə bilmədik. Qələbə qazanmaq üçün qol vurmaq lazımdır. Biz isə bunu edə bilmədik. "Qəbələ"dən çox qol epizodu yaratsaq da, onlardan faydalanmağı bacarmadıq. Qalib gələ bilmədiyimizə görə məyusam".


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner