“Neftçi” ilə müqaviləsi bu yay başa çatacaq baş məşqçi Samir Abasov klubdakı gələcəyi barədə danışıb.
Qol.az xəbər verir ki, o, bu gün Premyer Liqanın 27-ci turunda “Zirə” ilə matçdan (0:1) sonra keçirilən mətbuat konfransında bununla bağlı sualı da cavablandırıb.
“Klub rəhbərliyi ilə danışmamışam. İdman direktoru Zaur Əzizovla müzakirələr aparırıq. Müqavilə məsələsinə mövsüm bitdikdən sonra baxılacaq. Müşahidə Şurası qərar verəcək. Saxlasalar, qalacağıq, göndərsələr də, normal qarşılayarıq” - deyə S.Abasov bildirib.
O deyib ki, Konfrans Liqasında çıxış edəcək komandanın baş məşqçisi ilə bağlı klub düşünməlidir: “Bir oyundan sonra baş məşqçi olmaya bilərəm”.
S.Abasov qışda İrandan təklif aldığını da söyləyib: “Qışda mənə zəng gəldi ki, “Traktorsazi” sizi istəyir. Mən də dedim ki, "Neftçi"yə məxsusam. Onlarla danışın. Sonradan Saman Nərimancahan da zəng etdi və mənimlə maraqlandıqlarını dedi”.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi