Renat Dadaşovun komandası yüksək liqanı tərk etdi

Renat Dadaşovun komandası yüksək liqanı tərk etdi
XƏBƏR 15 May 2022 / 10:16 1939
-  A +

Portuqaliya Primerosunda 34-cü turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Tondela” “Boavişta” ilə qarşılaşıb.

Matç 2:2 hesabı ilə yekunlaşıb. Dadaşov 59-cu dəqiqədə meydana çıxıb.

“Boavişta” ilə bərabərə qalan “Tondela” sona 2 tur qalmış 28 xalla 17-ci pilləni tutaraq yüksək liqanı tərk edib. "Tondela"dan başqa, sonuncu pillədə olan "Belenenses" də aşağı liqaya yuvarlanıb.

Qeyd edək ki, Renat müqavilə ilə İngiltərənin "Vulverhempton" klubuna məxsusdur və icarə əsasında "Tondela"da çıxış edir.


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner