"Roma"nın baş məşqçisi Joze Mourinyo A seriyasında və avrokubolarda komandasının oyununu idarə edən hakimlərə əsəbiləşib.
Qol.az xəbər verir ki, mütəxəssis bu barədə "Sportmediaset"ə danışıb. O deyib:
“Bizim səkkizinci yeri tutmağımızda maraqlı olanlar var. Konfrans Liqasının finalında qalib gəlmək istəyirik. Belə olan halda İtaliyanın avrokuboklarda 8 komandası olacaq. Bu, İtaliya futbolu üçün fantastikdir. Amma bizim kimi zəhmətkeşlərə qarşı ədalətsizlik, hörmətsizlik olmamalıdır. “Fiorentina” ilə matçda rəqib qalib gəldi. Biz də çox yaxşı oynadıq, amma hakimlərdən, VAR-dan və oyundan sonrakı problemlərdən bezmişdik. Yaxşı, hakimlər səhv etdi, cəzalandılar, bəs bizim xalımız haradadır? Mövsümün sonunda VAR-ı və hakimləri təbrik etmək istəmirəm. Mən A mövsüü beşinci və ya altıncı yerdə bitirmək istəyirəm . Bu, bizim məqsədimizdir, demək olar ki, hər mövsüm üçün minimal hədəfimizdir".
Qeyd edək ki, "Roma" mayın 25-də Tiranada Konfrans Liqasının finalında "Feyenoord"la qarşılaşacaq.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi