UEFA prezidenti Aleksander Çeferin Çempionlar Liqasının yeni formatı haqda danışıb .
Qol.az xəbər verir ki, o, "COPE"ə açıqlamasında deyib:
“Superliqa ideyası çılğınlıqdır. Onun işə salınması futbolun tamamilə məhvi, Avropa idman modelinin sonu demək olardı. Yeni Çempionlar Liqasının yaradılması Superliqanın tabutuna son mismardır. Bu ideya çox əvvəl sona çatmışdı, amma indi biz onu tamamilə, birdəfəlik bitirdik. İndi böyük klublar daha çox oyun keçirəcək, həm də daha kiçik komandalarla qarşılaşacaqlar. Onlar da öz növbəsində öz kateqoriyalarında olan klublarla oynayacaq və pley-offa çıxmaq şansları daha çox olacaq”.
Qeyd edək ki, Çempionlar Liqasının yeni formatına əsasən, lomanda sayı 32-dən 36-ya çatdırılacaq. Qrup mərhələsi ləğv olunacaq. 2024/25 mövsümündən etibarən Çempionlar Liqası İsveçrə sistemi ilə keçiriləcək. Yəni, bütün iştirakçılar vahid liqa formatında mübarizə aparacaqlar və yekun turnir cədvəli olacaq. Həmçinin oyun sayı artırılacaq. Hazırda iştirakçılar qrup mərhələsində 6 oyun keçirirsə, dəyişiklikdən sonra liqa formatında püşkatma ilə müəyyənləşəcək 10 fərqli komandaya qarşı 10 matça çıxacaqlar. Bunlardan 5-i evdə, 5-i səfərdə olacaq. Ümumilikdə hazırkı formatda olduğundan 100 oyun daha artıq baş tutacaq.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi