Azərbaycanlı voleybolçu Macarıstan çempionatının ən yaxşısı seçildi

Azərbaycanlı voleybolçu Macarıstan çempionatının ən yaxşısı seçildi
XƏBƏR 13 May 2022 / 15:18 3689
-  A +

“Vaşaş” klubunun heyətində Macarıstan çempionu olan Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova daha bir uğura imza atıb.

Qol.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, 29 yaşlı idmançı çempionatın ən dəyərli oyunçusu (MVP) mükafatına layiq görülüb.

Ayşən Abduləzimova “Vaşaş”ın heyətində üçüncü dəfə qızıl medala sahib olub. O, daha öncə Macarıstan Kubokunun ikiqat qalibi adını qazanmışdı.


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner