"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ağdam klubu ilə müqaviləni yeniləməsindən danışıb.
Qol.az xəbər verir ki, o, bu gün "Sumqayıt"la keçirilən oyundan (5:0) sonrakı mətbuat konfransında fikirlərini bildirib.
Qurbanov "Keçmişdə başqa klublardan təklif almısız və ya gələcəkdə xarici klublarda işləmək istəyərsiz? sualını cavablandırarkən ancaq "Qarabağ" haqda düşündüyünü deyib:
"Təklif yox, maraqlanmamışam da. Həmişə demişəm ki, mənim üçün vacib olan “Qarabağ”dır. Mənim üçün “Qarabağ”ın dəyəri daha böyükdür, nəinki digər istənilən klubun. Hətta ən adlı-sanlı klub da olsa. Ona görə də mən burada ola-ola, bu məsuliyyəti daşıdığım halda hər hansı bir klubu düşünmürəm. Gələcək üçün də “Qarabağ”ı düşünürəm. Başqa bir fikrim yoxdur".
Xatırladaq ki, 2008-ci ildən "Qarabağ"ı çalışdıran 50 yaşlı mütəxəssisin Ağdam klubu ilə müqaviləsi daha 3 il uzadılıb.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi