Maykl Cekson Klopp və Qvardiolanı qabaqladı

Maykl Cekson  Klopp və Qvardiolanı qabaqladı
XƏBƏR 12 May 2022 / 15:58 2279
-  A +

İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib.

Qol.az turnirin saytına istinadən xəbər verir ki, bu, "Bernli"nin çalışdırıcısı Maykl Ceksondur. O, səsvermədə Yurgen Klopp ("Liverpul"), Pep Qvardiola ("Mançester Siti") və Tomas Frankı ("Brentford") qabaqlayıb. 

"Bernli" ötən ay 49 yaşlı mütəxəssisin rəhbərliyi altında Premyer Liqada 3 dəfə qələbə qazanıb və 1 dəfə heç-heçə edib.  "Sauthempton" (2:0), "Vulverhempton" (1:0) və "Uotford"a (2:1) qalib gələn komanda "Vest Hem"lə (1:1) heç-heçə edib.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner