Perişiçdən "İnter"ə xəbərdarlıq

Perişiçdən "İnter"ə xəbərdarlıq
XƏBƏR 12 May 2022 / 13:55 2751
-  A +

"İnter"in futbolçusu İvan Perişiç klubla müqaviləni yeniləyib-yeniləməyəcəyi barədə suallara cavab verib. 

Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi deyib: 

“Müqavilənin uzadılıb-uzadılmayacağı barədə heç nə bilmirəm. Amma vacib oyunçularla sözləşmə yeniləməyi son dəqiqəyə qədər gecikdirmək olmaz ...”

Qeyd edək ki, Perişiç "İnter"ə 2015-ci ildə "Volfsburq"dan keçib. O, bu müddət ərzində "İnter"də 250 matçda 52 qol vurub və 48 qolun ötürməsini verib. Onun sözləşməsi bu ilin yayına qədərdir. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner