Avroliqa və Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

Avroliqa və Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı
XƏBƏR 11 May 2022 / 19:57 2427
-  A +

Avropa Liqasının və Konfrans Liqasının 2021/2022 mövsümünün final oyunlarına hakim təyinatlarını açıqlayıb.

Qol.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, avroliqanın həlledici görüşünü -  "Ayntraxt" (Frankfurt) - "Reyncers" matçını sloveniyalı hakimlər briqadası idarə edəcəklər. Baş hakim Slavko Vinçiç, yan xətt hakimləri Tomaj Klançnik və Andraj Kovaçiç, dördüncü referi isə serbiyalı Srcan Yovanoviç olacaq.  Mayın 21-i Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Konfrans Liqasının finalında "Roma" - "Feyenoord" matçını rumıniyalı İştvan Kovaç idarə edəcək. Ona yan xətt hakimləri qismində Vasile Florin Marinesku və Mixay-Ovidiu Artene köməklik edəcəklər. Dördüncü hakim vəzifəsini isə isveçrəli Sandro Şerer yerinə yetirəcək. Mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada olacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner