"Roma"nın baş məşqçisi Joze Mourinyo paytaxt klubundakı gələcəyindən danışıb.
Qol.az xəbər verir ki, o, "Sky Sports"a açıqlamasında A seriyası təmsilçisində qalacağını deyib:
“Çempionlar Liqasına vəsiqə qazanmaq istəyirik, lakin “İnter”, “Milan” və “Yuventus”un transfer fəaliyyətinin səviyyəsinə nəzər saldıqda başa düşürsən ki, dörd seçmə yerdən üçü artıq alınıb. Mövsümün ikinci hissəsində, yanvar transfer pəncərəsindən sonra heyəti yaxşılaşdırmaq üçün kifayət qədər kiçik dəyişikliklər etdik. İstədiyini ala bilən bəzi məşqçilər qədər şanslı deyiləm. Düşünürəm ki, bizim şansımız gələn mövsüm üçün var və bu, növbəti hədəfdir. Hazırda hər şey çox sakitdir, çünki daha iki illik müqaviləm var. Klub məndən sözləşmənin uzadılmasını istəmədi. Ona görə də vəziyyət sabitdir. Mən mövsümü bacardığım qədər yaxşı başa vurmalı və növbəti mövsümə 100 faiz enerji ilə başlamalıyam. İkinci mövsümdən əvvəl klubu tərk edə bilməzdim. Beləliklə, gələn mövsüm burada işləməyə davam edəcəyəm".
Qeyd edək ki, “Roma” bu mövsüm A Seriyasında 36 turdan sonra 6-cı yerdədir.
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır
Neymarı 12 matçlıq diskvalifikasiya gözləyir
Öz qapısından rəqib qapısına qol vurdu - Video
Slot Salahın gedişini təsdiqlədi
Mahir oynadı, komandası qalib gəldi
Millimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti
Leau zəddəsini sağaltdı
18 ildən sonra: Tarixdə 3-cü dəfə
Eren Aydın: “Qol vuracağımı hiss edirdim”
Kadidən 40-cı qol