"Barselona"nın futbolçusu beyin silkələnməsi keçirib

"Barselona"nın futbolçusu beyin silkələnməsi keçirib
XƏBƏR 11 May 2022 / 16:15 2780
-  A +

"Barselona"nın ötən gecə "Selta" ilə matçda (3:1) zədələnən futbolçusu Ronald Arauxonun durumuna aydınlıq gəlib.

Qol.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçinin beyin silkələnməsi keçirdiyi bildirilib. O, ötən gecə xəstəxanaya yerləşdirilsə də, bu gün evə buraxılıb. 

Xatırladaq ki, görüşün ikinci hissəsində Arauxo komanda yoldaşı Qavi ilə toqquşub. Futbolçu huşunu itirib və təcili yardım maşını ilə meydandan aparılıb. 


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner