"111 ildir ki, Haalandsız oynayırıq"

"111 ildir ki, Haalandsız oynayırıq"
XƏBƏR 11 May 2022 / 14:05 3939
-  A +

"Borussiya"nın (Dortmund) baş direktoru Hans Yoahiim Uatzke komananın futboolçusu Erlinq Haalandın "Mançester Siti"yə keçməsi barədə danışıb.

Qol.az xəbər verir ki, o, 21 yaşlı hücumçunun yerinə yeni futbolçu tapa biləcəklərini deyib:

"Futbolçu çox yaxşı çıxış edəndə onları böyük klublar almaq istəyir və biz mübarizə aparmalı oluruq. O klubların arxasında oliqarxlar və ərəb dövlətləri dayanır. Bu mübarizədə qalib gələ bilmərik. Buna baxmayaraq, biz 113 ildir futbol oynayırıq və onlardan 111-i Haalandsız idi. Robert Levandovski və Pyer Emerik Obameyanq artıq bizdən ayrılıb. Sonra Haaland meydana çıxdı. Əmin ola bilərsiniz ki, Erlinq gedəndən sonra da biz optimal həll yolu tapacağıq".

Qeyd edək ki, Haaland mövsümün sonunda "şəhərlilər"ə qoşulacaq. 


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner