"Mançester Yunayted"in yeni baş məşqçisi Erik ten Haq komanda ilə mövsümöncəsi məşqlərə planlaşdırılan vaxtdan iki həftə tez başlayacaq.
Qol.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb. Niderlandlı mütəxəssis hesab edir ki, “Mançester Yunayted”in futbolçuları onun oyun tərzinə uyğunlaşmaq üçün daha çox məşq etməlidir. “Qırmızı şeytanlar”ın mövsümöncəsi məşqinə iyulun 4-də, İngiltərə Premyer Liqasının startına bir ay qalmış başlaması nəzərdə tutulur. Lakin Ten Haq futbolçuların məzuniyyətini qısaltmaq və iyunun 20-də məşq prosesinə başlamaq niyyətindədir.
Xatırladaq ki, "Mançester Yunayted" bir neçə gün əvvəl Ten Haqla müqavilə imzalayıb. Hazırda “Ayaks”a baş məşqçilik edən Ten Haq bu mövsümün sonunda Niderlad klubundan ayrılıb “Mançester Yunayted”ə qoşulacaq.
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır
Neymarı 12 matçlıq diskvalifikasiya gözləyir
Öz qapısından rəqib qapısına qol vurdu - Video
Slot Salahın gedişini təsdiqlədi