"Yuventus" - "İnter" görüşü İtaliyaya səs saldı

"Yuventus" - "İnter" görüşü İtaliyaya səs saldı
XƏBƏR 11 May 2022 / 12:17 4461
-  A +

İtaliya kubokunun finalında bu gün keçiriləcək "Yuventus" - "İnter" matçı üçün nəzərdə tutulmuş bütün biletlər satılıb. 

Qol.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb. Romadakı "Olimpiko" stadionunda oynanılacaq görüş üçün 68 min biletin hamısı satılıb . Arena 70 634 tamaşaçı tutumuna malik olsa da, matça 68 000 nəfər buraxılacaq.

Bilet satışından əldə olunan gəlir 5 milyon avrodan çoxdur və bu, turnirin yeni rekordudur.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Finalın qalibi 4,5 milyon, uduzan komanda isə 2 milyon avro pul mükafatı qazanacaq.

Daha çox


Son xəbərlər
topaz banner