"Liverpul" Premyer Liqada yeni uğura imza atıb.
Qol.az "Opta"ya istinadən xəbər verir ki, bu, ötən gecə çempionatın 37-ci turunda "Aston Villa" ilə görüşə (2:1) təsadüf edib. "Liverpul"un qələbə qollarından birini də Sadio Mane vurub. Nəticədə o, bu mövsümdə imza atdığı qollarının sayını 15-ə çatdırıb. Daha əvvəl belə nəticəni Dieqo Yota (15 qol) və Məhəmməd Salah da (22 qol) göstərib. Beləliklə, "Liverpul" Premyer Liqada 3 futbolçusu 15 və daha çox qol vuran 2-ci komanda olub.
Bunu ilk dəfə "Mançester Siti" bacarıb. 2013/2014 mövsümündəYaya Ture, Serxio Aquero və Edin Dzeko 15 və daha çox qol vurmuşdu.
Qeyd edək ki, "Liverpul" hazırda 86 xalla Premyer Liqada 2-ci yerdədir. Turnir cədvəlinə başçılıq edən “Mançester Siti” də 86 xal toplayıb. Lakin onların ehtiyatda bir oyunu da var.
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır
Neymarı 12 matçlıq diskvalifikasiya gözləyir
Öz qapısından rəqib qapısına qol vurdu - Video
Slot Salahın gedişini təsdiqlədi