PSJ-nin futbolçusu Anhel di Mariya klubdakı gələcəyi ilə bağlı suallara cavab verib.
Qol.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi "Urbana Play FM"ə açıqlamasında komandada qalmaq istədiyini deyib:
"Müqaviləm iyun ayında başa çatacaq. Mən PSJ-də qalmaq istəyirəm. Avropadakı karyeramın son ilinin də PSJ-də keçməsini istəyərdim. Amma klubun bu brədə nə düşündüyünü bilmirəm. Müqaviləmdə bir bənd var. Bunun istifadə edilib-edilməyəcəyini görəcəyik. PSJ-də qalmasam, Avropada başqa bir komandaya transfer olunub, dünya çempionatına ən yaxşı şəkildə hazırlaşacağam. MLS (ABŞ çempionatı) komandalarına keçmək yaxşı fikir kimi görünür. Amma mən daha 1 il Avropada oynayıb, daha sonra "Rosario Sentral"a qayıtmaq istəyirəm".
Qeyd edək ki, 2015-ci ildən PSJ-də oynayan Di Mariyanın klubla sözləşməsi bu yay başa çatacaq. Lakin onun müqaviləsində sözləşmənin 1 il uzadıla biləcəyinə dair bənd də var. Oyunçu 2008-ci ildən Argentina yığmasının üzvüdür. Di Mariya "Rosario Sentral"ın yetirməsidir.
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır
Neymarı 12 matçlıq diskvalifikasiya gözləyir
Öz qapısından rəqib qapısına qol vurdu - Video
Slot Salahın gedişini təsdiqlədi