Ukrayna Futbol Federasiyası millinin xüsusi formasını təqdim edib.
Qol.az qurumun saytına istinadən xəbər verir ki, 3 müxtəlif rəngdə - sarı, qırmızı və mavi rənglərdə hazırlanan geyimin üzərində ölkənin xəritəsi təsvir olunub. Formada Ukraynanın sərhədləri dövlətə kömək edən ölkələrin bayraqları ilə çəkilib. Burada Azərbaycan bayrağı da yer alıb.
Həmçinin formanın üzərində Türkiyə bayrağı da göstərilib. Geyimdəki xəritənin ortasına "Ukrayna naminə birləşmə" ("United for Ukraine") yazılıb, araxsındakı forma nömrələrində isə Rusiya ilə müharibədə dağıdılmış Ukrayna şəhərlərinin adları qeyd olunub.
Geyim yalnız DÇ-2022-yə hazırlıq üçün keçiriləcək yoxlama matçlarında geyiniləcək. Daha sonra isə formada göstərilən yaşayış məntəqələrinin hər birinə yerli muzeylər üçün bir köynək göndəriləcək.


"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır
Neymarı 12 matçlıq diskvalifikasiya gözləyir
Öz qapısından rəqib qapısına qol vurdu - Video
Slot Salahın gedişini təsdiqlədi