"Barselona" türkiyəli sabiq futbolçusu Rüştü Reçberi 49 yaşının tamam olması münasibəti ilə təbrik edib.
Qol.az xəbər verir ki, Kataloniya təmsilçisi bu barədə rəsmi "Tvitter" hesabında paylaşım edib. Klub qolkiperin "Barselona"nın heyətində meydana çıxdığı matçlardan bir videonu izləyiciləri ilə bölüşüb. Videoda Reçberin penaltini dəf etdiyi görünür. La Liqa təmsilçisi paylaşımı "Barselona"da forma geyinən ilk türk Rüştü Reçber 49 yaşında!" yazısı ilə şərh edib.
Qeyd edək ki, Reçber 2003-2004-cü illərdə bu komandada oynayıb. Keçmiş qolkiper "Fənərbaxça", "Beşiktaş" "Antalyaspor" və "Burdurgücü"ndə də çıxış edib. 1994-2012-ci illərdə Türkiyə millisinin formasını geyinən Reçber yığma ilə 120 matçda meydanda olub.

PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi