"Ukraynanı tərk etmək üçün çətin anlar yaşadım" - "Sabah"ın legioneri

"Ukraynanı tərk etmək üçün çətin anlar yaşadım" - "Sabah"ın legioneri
XƏBƏR 10 May 2022 / 10:41 1354
-  A +

"Sabah"ın braziliyalı futbolçusu Lukas Rangel ölkəsinin mətbuatına açıqlama verib.

Qol.az xəbər verir ki, o, əvvəlcə Azərbaycan Premyer Liqasının 26-cı turunda "Səbail"lə matçda (2:0) qol vurması haqda danışıb.  Bakı təmsilçisində ilk qolunu vuran 27 yaşlı hücumçu deyib:  "Əvvəldən o qolu vurmağa çalışırdım, lakin top içəri girməməkdə israr edirdi. Şükürlər olsun ki, bu oyunda bizim üçün vacib olan qolu vura bildim. Qol hər zaman sevinc səbəbidir. Ümid edirəm ki, qol vurmağa və "Sabah"a kömək etməyə davam edəcəyəm".

Rangel martda müharibə səbəbindən Ukraynadan ayrılıb, Azərbaycana gəlməsi barədə isə bunları deyib: "Ukraynanı tərk etmək üçün çox çətin anlar yaşadım. Bu, şübhəsiz ki, fiziki durumuma da təsir etdi. Bir neçə gün düzgün qidalanmadım, yatmadım, məşq etmədim. Psixoloji problemlərim oldu. Yaşadıqlarım, şübhəsiz ki, ən ağır şeylərdir. Son bir neçə oyunda özümü daha yaxşı hiss edirəm və inkişaf etdiyimi görürəm".

Qeyd edək ki, Rangel bu ilin martında "Vorskla"dan (Ukrayna) "Sabah"a keçib. 

Daha çox


Son xəbərlər
topaz banner