"Sumqayıt" 15 turdan sonra qələbə qazandı

"Sumqayıt" 15 turdan sonra qələbə qazandı
XƏBƏR 9 May 2022 / 19:50 1035
-  A +

"Sumqayıt" Azərbaycan Premyer Liqasında 2022-ci ildə ilk qələbəsini qazanıb.

Qol.az xəbər verir ki, komanda buna 26-cı turda evdə "Şamaxı"ya 2:0 hesabı ilə qalib gələrək nail olub. 

Bununla da "Sumqayıt" həm 2022-ci ildə, həm də Aleksey Baqanın rəhbərliyi altında ilk qələbəsini qazanıb. Bundan başqa, komanda 15 turdan sonra ilk dəfə meydanı qalib tərk edib. "Sumqayıt" bundan əvvəl sonuncu dəfə 9-cu turda ötən il oktyabrın 31-i keçirilən görüşdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəlmişdi.

Daha çox


Son xəbərlər
topaz banner