Zaqreb "Dinamo"sunda çıxış edən millimizin üzvü Mahir Emreli "İnstaqram" hesabında paylaşım edib.
Qol.az xəbər verir ki, o, Xorvatiya klubunun azarkeşlərinin stadiondakı şəklini paylaşaraq onlar haqda yazıb: “Böyük dəstəyə görə təşəkkür edirik! Gəlin, titula doğru birlikdə irəliləyək!"
Qeyd edək ki, "Dinamo" Xorvatiya çempionatının 34-cü turunda dünən mərkəzi oyunda "Osiyek"ə 3:0 hesabı ilə qalib gəlib. Hazırda 73 xalı olan Zaqreb təmsilçisi turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Hayduk" 69 xalla 2-ci, "Osiyek" 65 xalla 3-cüdür.

"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır
Neymarı 12 matçlıq diskvalifikasiya gözləyir
Öz qapısından rəqib qapısına qol vurdu - Video
Slot Salahın gedişini təsdiqlədi