"Sabah"da ilk qollarını vurdular

"Sabah"da ilk qollarını vurdular
XƏBƏR 9 May 2022 / 18:14 963
-  A +

"Sabah"ın futbolçuları Boyan Letiç və Lukas Rangel üçün Azərbaycan Premyer Liqasının 26-cı turunda "Səbail"lə matç (2:0) əlamətdar olub. 

Qol.az klubun saytına istinadən xəbər verir ki, hər iki oyunçu “Sabah”da ilk qollarını vurublar.Boyan buna komandada 9-cu, Lukas isə 6-cı oyununda nail olub.

Qeyd edək ki, Letiç “Səbail”lə oyunun 15-ci dəqiqəsində komandanı hesabda önə keçirib, Rangel isə görüşün 37-ci dəqiqəsində fərqlənərək matçda son nöqtəni qoyub.

Daha çox


Son xəbərlər
topaz banner