"Mançester Yunayted"in futbolçusu Pol Poqba yay transfer pəncərəsində "Mançester Siti"yə azad agent kimi keçməkdən imtina edib.
Qol.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb. "Mançester Siti" müqaviləsi mövsümün sonunda başa çatacaq 29 yaşlı fransız futbolçu ilə danışıqlar aparıb. Lakin Poqba müqavilədən imtina edib.
Qeyd edək ki, daha əvvəl "Mançester Siti"nin fransalı ilə müqavilə bağlayacağı bildirilirdi. Eyni zamanda, Poqbanın özünün də “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ilə işləməkdə maraqlı olduğu barədə məlumat yayılıb.
Xatırladaq ki, Poqba 2016-cı ildən "Mançester Yunayted"də çıxış edir. O, bu mövsüm liqada 20 oyunda 1 qol vurub və 9 qolun ötürməsini verib.
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır
Neymarı 12 matçlıq diskvalifikasiya gözləyir
Öz qapısından rəqib qapısına qol vurdu - Video
Slot Salahın gedişini təsdiqlədi