Renatın komandası böyük hesabla uduzdu

Renatın komandası böyük hesabla uduzdu
XƏBƏR 9 May 2022 / 10:20 1296
-  A +

Portuqaliya çempionatında 33-cü turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Tondela” səfərdə "Gil Visente" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Renat sona qədər ehtiyatda qalıb.

Qeyd edək ki, “Tondela” hazırda 27 xalla  18 komanda arasında 16-cı pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
topaz banner