"Mançester Siti"nin futbolçuları Ruben Dias, Con Stounz və Kayl Uoker zədə səbəbindən Premyer Liqanın qalan üç oyununda oynamayacaqlar.
Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, bu barədə "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola danışıb. Bir gün əvvəl Dias Premyer Liqada "Nyukasl"la matçda (5:0) əzələ nayihəsindən zədələndiyi üçün fasilədə əvəzlənib.
Əvvəllər Uoker topuq nahiyəsində yaranan problemlərə görə Çempionlar Liqasının 1/2 finalında "Real"la cavab görüşünün ikinci hissəsində əvəzlənmiş (1:3), Stounz isə diz nahiyəsindən zədələndiyi üçün son iki oyunu buraxmışdı.
Qeyd edək ki, son turlarda “Siti” səfərdə “Vulverhempton” və “Vest Hem”lə, evdə “Aston Villa” ilə qarşılaşacaq.
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır