Almaniya 2-ci Bundesliqasında 33-cü turun oyunları keçirilib.
Qol.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” bu gün doğma meydanda “Verder”lə qarşılaşıb. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib. Bu görüş Nazarov üçün yubileylə əlamətdar olub. O, 2-ci Bundesliqada 250-ci oyununu keçirib.
Qeyd edək ki, 33 oyuna 23 xal toplamış “Ersgebirge” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. Aue təmsilçisinin 2-ci Bundesliqanı tərk edəcəyi ötən turdan dəqiqləşib.
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır