"Bu, bizi maraqlandırmır" - Nazarov

"Bu, bizi maraqlandırmır" - Nazarov
XƏBƏR 8 May 2022 / 13:56 2064
-  A +

"Erzgebirge"də çıxış edən millimizin üzvü Dmitri Nazarov Almaniya 2-ci Bundesliqasının 34-cü turunda "Verder"lə (Bremen) oyun öncəsi fikirlərini bildirib.

Qol.az "Tag24"ə istinadən xəbər verir ki, bu matçla 2-ci Bundesliqada 250-ci oyununa çıxacaq 32 yaşlı hücumçu deyib: "Verder" elitaya yüksəlmək istəyir. Onlar bu uğurla ötən mövsüm Bundesliqadan 2-ci liqaya düşməyi unutmağı hədəfləyirlər. Amma bu, bizi maraqlandırmır. Yubileyimi turnirin ən yaxşı komandalarında birinə qarşı keçərəcəyim  məni sevindirir. Avropanın ən güclü ikinci divizionunda bu qədər çox oyun keçirə bildiyim üçün qürur duyuram". 

Qeyd edək ki, bu gün keçiriləcək "Erzgebirge" - "Verder" görüşü Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. "Verder" hazırda 57 xalla "Hamburq", "Darmştadt"la birgə 2-4-cü pillələri bölüşdürür."Erzgebirge" isə 23 xalla 18 komanda arasında 17-cidir. Aue təmsilçisinin bu mövsüm 2-ci Bundesliqanı tərk edəcəyi dəqiqləşib.


Son xəbərlər
topaz banner