Sabah Azərbaycan Premyer Liqasında 26-cı tura start veriləcək. “Qəbələ” turun ikinci günündə öz meydanında “Neftçi” ilə görüşəcək.
Qol.az klubun saytına istinadən xəbər verir ki, Qəbələ şəhər stadionunda keçiriləcək matç iki komanda arasında yubiley–60-cı duel olacaq.
Rəqiblər indiyədək 59 dəfə görüşüb. Hesabında 17 qələbə olan “Qəbələ” 16 heç-heçə edib və 26 dəfə məğlub olub. Rəqib qapısına 72 top vuran futbolçular 87 qol buraxıb.
Bu görüş Premyer Liqa çərçivəsində 55-ci qarşılaşma olacaq. Əvvəlki 54 qarşılaşmada 16 qələbəsi olan komanda 13 dəfə bir xalla kifayətlənib və 25 dəfə uduzub. Rəqib qapısına 65 dəfə yol tapan “qırmızı-qaralar” 82 top buraxıb.
“Qəbələ” “Neftçi” ilə 30-cu dəfə öz meydanında qarşılaşacaq. İndiyədək keçirilən 29 matçda komanda 8 dəfə qalib gəlib, 7 heç-heçə edib və 14 dəfə uduzub. Bu matçlarda meydan sahibləri 38, qonaqlar 43 qol vurub.
Xatırladaq ki, mayın 9-da Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 19:45-də başlayacaq.
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır