Krivotsyukun komandası uduzdu

Krivotsyukun komandası uduzdu
XƏBƏR 7 May 2022 / 19:21 1228
-  A +

Polşa çempionatında 32-ci turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) doğma meydanda "Varta" ilə qarşılaşıb və 0:3 hesabı ilə uduzub.

Krivotsyuk sözügedən görüşdə iştirak etməyib. Onun adı matçın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, “Visla” hazırda 45 xalla 18 komanda arasında 6-cı, "Varta" 39 xalla 11-ci pillədə qərarlaşıb. Siyahıya 65 xalla "Rakuv" başçılıq edir.


Son xəbərlər
topaz banner