Ronaldo yeni doğulan qızına bu adı qoydu - Şəkil

Ronaldo yeni doğulan qızına bu adı qoydu - Şəkil
XƏBƏR 7 May 2022 / 18:29 8576
-  A +

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodrigesin yeni doğulan qızlarının adı məlum olub.

Qol.az Corcinanın "İnstaqram" hesabına istinadən xəbər verir ki, körpəyə Bella Esmeralda adı verilib.

Qeyd edək ki, aprelin 18-də Kriştiano və Corcinanın qızı dünyaya gəlib. Cütlük əkiz uşaq gözləsə də, körpələrdən oğlan dünyasını dəyişib.

Xatırladaq ki, Bella Esmeralda 37 yaşlı hücumçunun 5-ci övladıdır.


Son xəbərlər
topaz banner