"Real"ın baş məşqçisi Karlo Ançelotti klubdakı gələcəyi ilə bağlı danışıb.
Qol.az "Marca"ya istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis 80 yaşına qədər Madrid təmsilçisini çalışdıra biləcəyini deyib:
“Hər şey yaxşı getsə, dəli olmasam, 80 yaşıma qədər burada qalacağam. "Real"dan ayrılsam, məşqçi karyeramı bitirə bilərəm. Çünki bundan yaxşı klub tapmaq asan olmayacaq. Görək, "Real" məndən bezəndə nə baş verəcək. Amma hələ görəcəyim çox iş var”.
Qeyd edək ki, Ançelotti ötən ilin iyun ayında "kral klubu" ilə 3 illik müqavilə imzalayıb. O, 2013-15-ci illərdə də bu komandanı çalışdırıb.
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır