PSJ-də 224 milyon avroluq itki

PSJ-də 224 milyon avroluq itki
XƏBƏR 7 May 2022 / 15:20 4560
-  A +

PSJ 2020/21 mövsümündə 224,3 milyon avro zərərə uğrayıb. 

Qol.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb. 

Koronavirus pandemiyasına görə qoyulan məhdudiyyətlər səbəbindən bilet satışından qazanılan gəlirlər 95 faiz azalaraq 7,9 milyon avroya düşüb. Yayım haqlarından əldə edilən gəlir 2018/19 mövsümündəki kimi olmasa da, 21 faiz artaraq 835,7 milyon avroya çatıb. Klubun xərclər 9 faiz faiz artıb və 1,24 milyard avro təşkil edir. PSJ təkcə sosial sığorta haqları üçün  347 milyon avroya ödəyib. Bu məbləğin 934,4 milyonu peşəkar oyunçuların, 124,6 milyonu isə baş məşqçi və digər məşqçilərin payına düşüb. PSJ təkcə oyunçuların maaşına 503 milyon avro xərcləyib. Bu da son 1 il üçün 21 faiz artım deməkdir.

Hesabata daxil edilən digər detal isə klubun 201,8 milyon avroluq televiziya hüquqları gəliri olub ki, bunun da 146 milyon avrosu komandanın Çempionlar Liqasının yarımfinalına yüksəlməsi ilə bağlıdır.  Liqa 1-in TV hüquqları üçün 50,2 milyon avro, qalan yarışlar üçün isə 5,6 milyon avro təmin edilib.

PSJ ötən mövsüm ümumilikdə 302,7 milyon avroluq futbolçu satsa da, 345,5 milyon avroya 61 futbolçu alıb.


Son xəbərlər
topaz banner