UEFA prezidenti Aleksandr Çeferin Rusiya komandalarının beynəlxalq turnirlərdən uzaqlaşdırılması barədə danışıb.
Qol.az AS-a istinadən xəbər verir ki, o, bu qərarlara görə məyus olduğunu bildirib:
"Vəziyyət ağırdır və biz başqa cür edə bilməzdik. Müəyyən mənada idmançılara, komandalara qarşı sanksiyalara görə ürəyim parçalanır. Çünki bu, onların münaqişəsi deyil. Onların buna görə əziyyət çəkməsi yaxşı deyil. Amma digər tərəfdən, belə bir dəhşətli vəziyyətdə biz kömək etməliyik. Bu çılğınlığa tez bir zamanda son qoymaq üçün üzərimizə düşəni etməliyik".
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxilə edib. Hazırda iki ölkə arasında müharibə davam edir. Ona görə də bu ölkənin klubları 2022/23 mövsümü üçün avrokuboklardan kənarlaşdırılıb. Rusiya milli komandaları heç bir beynəlxalq turnirdə iştirak edə bilməyəcəklər.
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır