"Ardıcıl 3 oyunda uduzduq, amma klub mənə müqavilə təklif etdi"

"Ardıcıl 3 oyunda uduzduq, amma klub mənə müqavilə təklif etdi"
XƏBƏR 7 May 2022 / 13:24 1848
-  A +

"Arsenal"ın baş məşqçisi Mikel Arteta klubla müqaviləni yeniləmələrini şərh edib.

Qol.az "Football London"a istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında deyib:

“Oyunçular bundan səhər xəbər tutdular. Bəziləri müqavilə haqda əvvəllər də məndən soruşublar. Amma mən bu haqda danışmağı xoşlamıram. Onu deyə bilərəm ki, ardıcıl üç matçda uduzduq, amma klub mənə yeni müqavilə təklif etdi”. 

“Arsenal” aprel ayında ardıcıl 3 məğlubiyyətlə üzləşib. Komanda “Kristal Pelas” (0:3), “Brayton” (1:2) və “Sauthempton”a (0:1) uduzub. 

Qeyd edək ki, Arteta London klubu ilə 2025-ci ilə qədər yeni müqavilə imzalayıb. 


Son xəbərlər
topaz banner