"Yuventus"un futbolçusu Paulo Dibala klubun bombardirləri siyahısında 9-cu yerə yüksəlib .
Qol.az xəbər verir ki, argentinalı forvard buna A seriyasını 36-cı turunda "Cenoa" ilə görüşdə (1:2) fərqlənməklə nail olub. O, komandada ümumilikdə 115-ci qolunu vurub.
Dibala hazırda bombardirlər siyahısında məşhur keçmiş oyunçu Roberto Baccio ilə 9-10-cu yerləri bölüşür. Siyahıya 290 qolla Alessandro del Pyero başçılıq edir.
"Yuventus" tarixində ən çox qol vuran futbolçuların siyahısı:
1. Alessandro Del Pyero - 290 qol
2. Campyero Boniperti - 179
3. Roberto Betteqa - 178
4. David Trezeqe - 171
5. Ömər Sivori - 167
6. Felise Borel - 158
7. Pyetro Anastasi - 130
8. Con Hansen - 124
9-10. Paulo Dibala - 115
9-10. Roberto Baccio - 115
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır
Neymarı 12 matçlıq diskvalifikasiya gözləyir