UEFA-nın prezidenti Aleksander Çeferin Avropa Liqasının 1/4 final mərhələsinin “Barselona” - “Ayntraxt” (2:3) cavab oyunu zamanı yaranmış vəziyyətdən danışıb.
Qol.az AS-a istinadən xəbər verir ki, "Kamp Nou"dakı görüşü 30 minə yaxın "Ayntraxt" azarkeşi izləmişdi. Bu, yerli fanatlar tərəfindən narazılığa səbəb olmuşdu. Çeferin isə deyib:
“Bəlkə də “Barselona” Avropa Superliqası layihəsinə yox, bilet satışına diqqət yetirməlidir. Turnirlərin bu mərhələsində bilet satışı klubları narahat edir. Bu işdə nəyi səhv etdilər, bilmirəm. Belə şey avrokubokların finalında baş versəydi, təzyiq altında olardıq. Adını açıqlamayacağım tanınmış məşqçidən bunun necə ola biləcəyi ilə bağlı mesaj aldım. Mən ona hər şeyi "Barselona"dan öyrənməsini söylədim".
Xatırladaq ki, "Ayntraxt" "Barselona"nı geridə qoyaraq (1:1, 3:2) yarımfinala adlayıb və bu mərhələdə də "Vest Hem"ə qalib gəlib (2:1, 1:0). Komanda finala vəsiqə qazanıb.
Əlavə edək ki, 2021-ci ildə aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi” (hamısı İngiltərə), “Real", “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Yuventus”, “Milan” və “İnter” (hamısı İtaliya) klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar. Sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası fəaliyyətini dayandırıb. UEFA isə dəfələrlə həmin klubları cəzalandıracağını bildirmişdi.
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır