"Çelsi" rəhbərliyi klubun satışı üçün razılaşdıqlarını açıqlayıb.
Qol.az xəbər verir ki, bu barədə London təsilçisinin rəsmi saytı məlumat yayıb. Todd Boli, Klarleyk Kapital, Mark Uolter və Hansyorg Uissin başçılıq etdiyi konsorsiumla razılaşdıqları bildirilib.
Ümumi sərmayənin 2,9 milyard avrosu klubun səhmlərinin alınmasına sərf olunacaq və bu gəlirin 100 faizi xeyriyyəçilik məqsədi ilə dondurulmuş İngiltərə bank hesabına köçürüləcək. Bundan əlavə, yeni sahiblər klubun inkişafı üçün əlavə 2 milyard avro investisiya qoyacaqlar.
Satışın may ayının sonunda, bütün lazımi tənzimləyici icazələrin alınması şərti ilə başa çatdırılması gözlənilir.
Qeyd edək ki, Böyük Britaniya martın 10-da "Çelsi"nin sahibi Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Bu, “Çelsi”yə də yansıyıb. Klub futbol fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb. Lakin kluba matçlara bilet satmaq, transfer etmək və oyunçularla müqavilə yeniləmək qadağan edilib. Həmçinin "Çelsi"nin bank hesabı bloklanıb. Amma bundan sonra "Çelsi"nin hazırkı duruma baxmayaraq, klubun satışının mümkün olacağı bildirilib.
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır