Konfrans Liqasında həftənin ən yaxşısı

Konfrans Liqasında həftənin ən yaxşısı
XƏBƏR 6 May 2022 / 18:59 1157
-  A +

Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin futbolçusunun adına aydınlıq gəlib. 

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, həftənin ən yaxşısı "Roma"nın hücumçusu Temmi Abraham olub. İngilis forvard "Lester"lə görüşdə (1:0) komandasının yeganə qolunu vurub. Nəticədə "Roma" finala adlayıb. 

Abraham bu nominasiyada Vesle Fofana ("Lester"), Luan Peres ("Marsel") və Gernot Trauneri ("Feyenoord") qabaqlayıb. 

Xatırladaq ki, Konfrans Liqasının final matçında "Roma" "Feyenoord"la üz-üzə gələcək.


Son xəbərlər
topaz banner