"Deyəsən, "Real" bizim taleyimizdir"

"Deyəsən, "Real" bizim taleyimizdir"
XƏBƏR 6 May 2022 / 17:57 4933
-  A +

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının finalında "Real"la keçirəcəkləri matç barədə danışıb. 

Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, mütəxəssis deyib:

“Biz 2018-ci ildə finalda "Real"a uduzanda mənim istəyim bu komanda ilə yenidən qarşılaşmaq idi. Deyəsən, "Real" bizim taleyimizdir. "Real" PSJ, "Çelsi" və "Mançester Siti"ni keçib. Bu komandaların üçünü də geridə qoyursunuzsa, deməli, finala layiqsiniz. Bəli, matç əla olacaq. Aydındır ki, o zaman - 2018-ci ildə Çempionlar Liqasının finalından uduzandan sonra xoşbəxt deyildik, amma bu, artıq geridə qalıb. Biz qələbə qazanmağa çalışacağıq".

Qeyd edək ki, "Liverpul" 2018-ci ildə ÇL-in finalında "Real"a uduzub (1:3). Bu dəfəki həlledici matç isə mayın 28-də Parisdəki “Stad de Frans” stadionunda keçiriləcək. 


Son xəbərlər
topaz banner