"Liverpul"un futbolçusu Məhəmməd Salah Çempionlar Liqasının final mərhələsində "Real"a qarşı oynayacaqları matç barədə danışıb.
Qol.az "Daily Mail"ə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu 2018-ci ildə turnirin finalında Madrid təmsilçisinə uduzduqlarını (1:3) xatırlayıb və bu dəfə qisas almaq istədiklərini deyib:
“İndi bütün futbolçularımız kimi mən də Çempionlar Liqasının finalına çıxdığımız üçün çox həyəcanlıyam. Oyunun çətin keçəcəyinə şübhəm yoxdur. "Real" bir çox güclü komandanı məğlub edib. Diqqətimizi oyuna yönəltməliyik. Biz qisas almaq istəyirik. 2018-ci ildə onlara uduzduq. Çox kədərli gün idi. İntiqam almaq vaxtıdır”.
Xatırladaq ki, final oyunu mayın 28-də Parisdəki “Stad de Frans” stadionunda keçiriləcək.
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır