Mino Rayola dəfn olundu - Şəkillər

Mino Rayola dəfn olundu - Şəkillər
XƏBƏR 6 May 2022 / 00:14 6378
-  A +

Bir neçə gün öncə dünyasını dəyişən futbol meneceri Mino Rayola dəfn olunub.

Qol.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. O, Monte Karlodakı qəbiristanlıqda dəfn edilib. 

Vida mərasimində yalnız menecerin ailəsi və bəzi müştəriləri iştirak edib. "Milan"ın hücumçusu Zlatan İbrahimoviç , PSJ-nin qapıçısı Canluici Donnarumma, "Borussiya"nın (Dortmund) hücumçusu Erlinq Haaland və başqaları da orada olub. 

Qeyd edək ki, Rayola Avropada 20-dən çox tanınmış futbolçunu təmsil edib. O, aprelin 30-u dünyasını dəyişib. 

Daha çox


Son xəbərlər
topaz banner