Kapitanın 150-ci oyunu

Kapitanın 150-ci oyunu
XƏBƏR 5 May 2022 / 22:36 1216
-  A +

Asif Məmmədov “Qəbələ” ilə Premyer Liqada 150-ci oyununa çıxıb.

Qol.az xəbər verir ki, kapitanın yubileyi 25-ci turun “Zirə” ilə görüşündə gerçəkləşib. 90 dəqiqə meydanda olan futbolçu 3:0 hesablı qələbəyə sevinib.

Asif “Qəbələ”nin heyətində 2006/07 mövsümündə debüt edib. 8 illik fasilədən sonra 2015-ci ilin yayında komandaya dönən oyunçu indiyədək 150 çempionat matçında 13 qola imza atıb. O, “qırmızı-qaralar”ın Premyer Liqada ən çox oyun keçirən futbolçuları arasında yalnız Urfan Abbasovdan (200) geri qalır.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner