Şevçenko İtaliya klubunu ala bilər

Şevçenko İtaliya klubunu ala bilər
XƏBƏR 4 May 2022 / 15:55 3499
-  A +

Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko klub sahibi ola bilər.

Qol.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Keçmiş hücumçunun İtaliya C seriyasında çıxış edən "Peskara"nın səhmlərini almaq istədiyi bildirilib. Onun İtaliya konsorsiumu ilə birgə bunu etmək niyyətində olduğu qeyd olunub.

"Peskara" C seriyasının B qrupunda 5-cidir. Komanda yeni mövsümdən B seriyasında iştirak etməyə əsas namizədlərdəndir.  Şevçenkonun bu gün "Peskara"nın C Seriyasında "Qubbio" ilə matçını stadiondan izləyəcəyi bildirilib.

Qeyd edək ki, Şevçenko son olaraq İtaliyanın "Genua" klubunu çalışdırıb.

Daha çox


Son xəbərlər
topaz banner