Nadal "Real" - "Mançester Siti" oyununu izləmək üçün bunu etdi

Nadal "Real" - "Mançester Siti" oyununu izləmək üçün bunu etdi
XƏBƏR 4 May 2022 / 15:01 2348
-  A +

Məşhur tennisçi Rafael Nadal bu gün Madriddəki Masters turnirində Miomir Kecmanoviçlə görüşünün vaxtının dəyişdirilməsini istəyib.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, buna səbəb Nadalın Çempionlar Liqasının yarımfinalında "Real" - "Mançester Siti" oyununu izləmək istəməsidir. O, yarışın direktoru Felisiano Lopezə müraciət edib. Nadal  "Real" - "Mançester Siti" matçına çata bilməsi üçün saat 18:00-da başlayacaq görüşünün vaxtının dəyişdirilməsini istəyib. 

Qeyd edək ki, "Real" - "Mançester Siti" görüşü saat 23:00-da başlayacaq. Komandalar arasında ilk matç "şəhərlilər"in 4:3 hesablı qələbəsi ilə başa çatıb. 

Daha çox


Son xəbərlər
topaz banner